"Neftçi" məşqlərə başladı (FOTO)

"Neftçi" məşqlərə başladı (FOTO)
18:53 7 Yanvar 2016
31 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

"Neftçi" futbol klubu bu gün Premyer Liqanın üçüncü dövrəsinin hazırlığına başlayıb. Komanda klubun bazasındakı meydançada məşq edib.

Trend klubun saytına istinadən məlumat verir ki, hazırlıq prosesində Mixal Peskoviçdən başqa bütün futbolçular iştirak ediblər. Qapıçı məşqlərə sabah qoşulacaq. Zədəlilər - Fəhmin Muradbəyli və Elşən Abdullayev fərdi məşqlə kifayətləniblər.

Qeyd edək ki, yanvarın 10-dək gündə bir dəfə məşq edəcək “Neftçi” ayın 10-da Olimpiya Stadionunda ikitərəfli oyun keçirəcək. Yanvarın 11-də isə komanda təlim-məşq toplanışına start verəcək. Klubun təlim-məşq bazası, “Bakcell Arena” və Olimpiya Stadionunda təşkil olunacaq təlim-məşq toplanışı ərzində komanda 3 yoxlama oyunu keçirməyi planlaşdırır.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2477878.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR