Azərbaycanda bəzi xəstəliklərin miqyası genişlənir

Azərbaycanda bəzi xəstəliklərin miqyası genişlənir
19:05 7 Yanvar 2016
31 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının angioqrafiya laboratoriyasının müdiri, invaziv kardioloq Qalib İmanovla müsahibə. 

- Son illər bütün dünyada ürək-damar xəstəlikləri sürətlə inkişaf etməkdədir. Bəs Azərbaycanda vəziyyət necədir? Bu xəstəliklərdən əziyyət çəkənlərin sayında artım varmı?

- Ürək-damar xəstəlikləri təkcə Azərbaycanda deyil, dünyanın bütün ölkələrində artır. Ürək xəstələrinin dünyada qəbul olunmuş statistikası var. Bu statistikaya uyğun olaraq, Azərbaycanda da onkoloji xəstəliklərlə bərabər, ürək xəstəlikləri də çox yayılıb. Ürək xəstəliklərindən ölənlərin sayı şiş xəstəliklərindən dünyasını dəyişənlərlə müqayisədə iki-üç dəfə çoxdur. Ürək-damar xəstəlikləri hələ də dünyada ən çox ölümə və əlilliyə səbəb olan xəstəlikdir. Ürək-damar xəstəlikləri ilə bağlı bizə müraciətlər çox olur: həm böyüklər, həm də uşaqlar arasında bu xəstəliyə rast gəlinir.

Böyüklər, əsasən, arterial hipertoniya, ürəyin işemik xəstəliyi ilə bağlı müraciət edirlər. Uşaqlara isə daha çox anadangəlmə ürək qüsurları diaqnozu qoyulur. Məsələn, Avropa ölkələrində ürəyin işemik xəstəliyi geniş yayılıb. Müalicəsində müəyyən irəliləyişlər olsa da, statistikaya görə, hələ ki, bu xəstəlikdən əziyyət çəkənlərin sayı həddindən artıq çoxdur. Anadangəlmə ürək qüsurları xəstəliyi inkişaf etməmiş ölkələrdə daha çox yayılıb. Avropada, Amerika kimi ölkələrdə isə demək olar ki, bu xəstəliyə rast gəlinmir.

- Anadangəlmə ürək qüsuru hamiləliyin hansı həftəsində aşkar edilir?

- Bu xəstəlik artıq prenatal dövrdə, yəni ana bətnində erkən həftələrdə aşkar olunur. Körpə dünyaya gələn kimi əməliyyatla aradan qaldırılır. Əgər ağır qüsurdursa, hamiləlik yarımçıq dayandırılır. Beləliklə, anadangəlmə ürək xəstəliyi ilə doğulmuş uşaqların sayı azalmış olur. Xarici ölkələrdə anadangəlmə ürək xəstəliklərini əməliyyat edən mərkəzlər var. Bura daha çox şərq ölkələrindən, inkişaf etməmiş ölkələrdən xəstələr gəlirlər. Azərbaycanda, xüsusən cənub bölgələrində anadangəlmə ürək xəstəlikləri ilə doğulan uşaqların sayı daha çoxdur. Bu da həmin bölgələrdə qohum evliliyinin daha çox olmasından irəli gəlir. Bizdə prenatal, yəni ana bətnində müayinələr artıq 5 ildir aparılır. Düzdür, bu haqda insanların maarifləndirilməsi vacibdir. Çünki çox adamın bu barədə məlumatı yoxdur. Bir çox ginekoloqlarımız artıq bunu bilir və hansı xəstələrin transfetal exokardioqrafiya göstərişi varsa, yönləndirirlər kardioloqa. Biz də xəstəni müayinə edirik, onda bu qüsur varsa və yüngül hesab ediriksə, bu haqda onun ailəsinə bildiririk. Əməliyyat vasitəsi ilə hər şey öz yoluna düşür. Yox, əgər ağır qüsurdursa, ailə ilə məsləhətləşib, valideynlərin razılığı ilə hamiləliyi sonlandırırıq. Lakin elə qüsurlar da aşkar olunur ki,  heç bir əməliyyata ehtiyac olmadan problem həll olunur. Hazırda invaziv kardiologiyada da bir çox əməliyyatlar qapalı yolla həyata keçirilir.

- Məsələn, hansı xəstəliklər?

- Qulaqcıqlar arası çəpər defektinin bağlanması, qapaqlarda olan daralmaların aradan qaldırılması. Bunlar əvvəllər açıq, ağır əməliyyatla aradan qaldırılırdı, indi isə qapalı yolla bir damardan iynə ilə girməklə, bütün bu problemi həll edirsən. Əməliyyatdan sonra xəstədə heç bir çapıq, iz qalmır. Bu əməliyyatlarla artıq 9 ilə yaxındır ki, Azərbaycanda məşğuluq. İstifadə olunan aparatlar bahalı olduğu üçün əməliyyat sayımız çox deyil. Çünki qapalı əməliyyat açıq əməliyyatdan daha baha başa gəlir. Düşünürük ki, yəqin sığorta sistemi qurulandan sonra bu cür xəstələrdə qapalı yolla müalicə riskinin, əməliyyat ağırlaşmalarının qarşısını alacağıq.
 

- Bəs hazırda Azərbaycanda ürək xəstələrində ən aktual problem hansıdır?

- Ürəkdə ən aktual problem arterial hipertoniyadır. Təzyiq, şəkər xəstələri əvvəlki illərlə müqayisədə artır və xəstəlik cavanlaşır. Ürək xəstəliklərinə əsasən, düzgün qidalanmamaq, oturaq həyat səbəb olur. Əlbəttə ki, zərərli vərdişlər də, məsələn, siqaret həddindən çox çəkilirsə, spirtli içkilər çox qəbul olunursa, bu xəstəliklərin də yaranma riski çoxalır.

Pünhan Mirzə
Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Makron Putinlə görüşdü

29 May 2017 21:05

Moldova 5 rusiyalı diplomatı "persona non qrata" elan edib

29 May 2017 20:57

3 otaqlı mənzildə yanğın olub

29 May 2017 20:57

Uşağa təcavüz edən əsgər həbs olundu

29 May 2017 20:54

Narkotik almaq üçün atasının evini və işlədiyi kolleci qarət etdi - VİDEO

29 May 2017 20:52

Rüstəm Əfsərli CBC-dən getsə də... - RƏSMİ

29 May 2017 20:47

Qəbələ sakininin tullantılardan yaratdığı əşyalar marağa səbəb olub - VİDEO

29 May 2017 20:47

Şimali İrlandiya Bakıya 25 futbolçuyla gəlir - SİYAHI - FOTO

29 May 2017 20:43

Ən istedadlı bürclər hansıdır?

29 May 2017 20:42

Roberto Karlosdan iddia: "Saut Melburn"u etalona çevirmək..."

29 May 2017 20:37

Ramazanın 4-cü gününün duası, imsak və iftar vaxtı

29 May 2017 20:36

Moldova rusiyalı diplomatları ölkədən qovur

29 May 2017 20:34

ABŞ-ın Yuta Ştat Senatının

29 May 2017 20:33

Tarixin axarını dəyişən 9 mənasız təsadüf - FOTO

29 May 2017 20:32

Qız səhvən çəngəl uddu - FOTO

29 May 2017 20:28

Ağdamda dibçəkdə çətənə bitkisi əkən şəxs saxlanılıb

29 May 2017 20:27

Moskvada qasırğa:

29 May 2017 20:24

Mərkəzi stadion bərbad durumdadır - VİDEO

29 May 2017 20:22

Səfirimiz braziliyalılara Azərbaycandan danışdı - FOTOLAR

29 May 2017 20:13

Mingəçevir sakininin gördüyü işlər heyrət doğurur - VİDEO

29 May 2017 20:12

Bunu ilk dəfə etdi - FOTO

29 May 2017 20:12

Qızılgül ləçəklərindən MÜALCƏVİ ÇAY - Faydaları

29 May 2017 20:05

Zəngə "alo" cavabı verməyən 12 ÖLKƏ - FOTO

29 May 2017 20:05

Polis 6 həmkarını öldürüb -

29 May 2017 19:57

Cəlilabad sakinləri çayda batıblar

29 May 2017 19:54

Ən bahalı maşınları Dubay polisi sürür - FOTO

29 May 2017 19:52

Qara və nahamar dizlər - ev şəraitində ÇARƏLƏR

29 May 2017 19:47

Astarada REYD: 30 sürücü məsuliyyətə cəlb olundu

29 May 2017 19:43

Balıqlarla dişlərini təmizləyən dalğıc - VİDEO

29 May 2017 19:42

Əri Gülşənə Beyonsun üzüyündən aldı - 600 minə - FOTO

29 May 2017 19:37

Orqanizmi qocalmağa qoymayan 6 cavanlıq cövhəri haqqında bilmədikləriniz

29 May 2017 19:37

Mingəçevirdə anasını qətlə yetirən şəxs polisə təslim olub

29 May 2017 19:37

Elşən Abdullayev icarəyə verilir? - RƏSMİ

29 May 2017 19:37

Quba sakinini tok vurdu

29 May 2017 19:34

Prezident İlham Əliyev və Həsən Ruhani arasında telefon danışığı olub

29 May 2017 19:34

Siyəzəndə tank əleyhinə mina, qumbara və 95 ədəd güllə aşkar edilib - FOTO

29 May 2017 19:27

Alim Qasımov nəvəsi ilə səhnədə - VİDEO

29 May 2017 19:27

"Dözümsüzlük və nifrət cinayətlərinə qarşı..."

29 May 2017 19:22

"Qarabağ"ın legioneri bu həftə Bakıda olacaq - SON DURUM

29 May 2017 19:17

Prezident İlham Əliyev Həsən Ruhaniyə telefonla zəng edib

29 May 2017 19:15

Azay Quliyev: Milli azlıqların inteqrasiyası məsələsi hələ də bəzi ATƏT ölkələrində öz həllini gözləyir

29 May 2017 19:15

Orucla bağlı doğru bilinən yanlışlar

29 May 2017 19:13

Mağaradan malikanə düzəltdi - Bir gecə üçün 950 dollar kirayə pulu alır - FOTO

29 May 2017 19:12

Göz rənginə uyğun makiyaj - FOTO

29 May 2017 19:12

Dünən 4 nəfər qəza nəticəsində dünyasını dəyişib

29 May 2017 19:09

3 ildir axtarışda olan İŞİD komandiri öldürüldü

29 May 2017 19:09

"Yahşi Cazibe"nin aktyoru xəstəxanaya düşdü - FOTO

29 May 2017 19:05

Hondurasda oyundan əvvəl izdiham zamanı faciə baş verib: 5 nəfər ölüb, 25 nəfər yaralanıb

29 May 2017 19:02

Mingəçevirdə benzinlə ehtiyatsız davranan gənc yanıb

29 May 2017 18:57

Alman futbolçu 6 aylıq sıradan çıxdı

29 May 2017 18:57