Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Musiqi məktəblərində kadr dəyişikliyi həyata keçirilib

Musiqi məktəblərində kadr dəyişikliyi həyata keçirilib

Date: 7 January 2016 19:24

Bakı şəhərində Mədəniyyət və Turizm Nazirliyinin strukturunda olan 36 nömrəli Uşaq Musiqi Məktəbində və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində yeni direktor təyinatları həyata keçirilib.

 

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin müvafiq əmrlərinə uyğun olaraq, Oqtay Tofiq oğlu Muxtarov 36 nömrəli Uşaq Musiqi Məktəbinin, Əziz Yaşar oğlu Qarayusifli isə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru təyin edilib.

 

Bildirək ki, bu təyinatadək O. Muxtarov Mədəniyyət və Turizm Nazirliyinin Tarixi-mədəniyyət abidələrinin istifadəsi və mühafizəsi şöbəsində aparıcı məsləhətçi vəzifəsində çalışıb, Bakı Musiqi Akademiyasının məzunudur. Ə. Qarayusifli isə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində pedaqoji fəaliyyətlə məşğul olub.

 

Qeyd edək ki, yeni təyin olunan direktorların qarşısına Nazirliyin rəhbərliyi tərəfindən musiqi təhsilinin daha da inkişafı, təlim tərbiyə prosesinin təkmilləşdirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, gənc istedadların müəyyən edilməsi kimi vəzifələr tapşırılıb.

 


Tags:  Musiqi məktəblərində kadr dəyişikliyi həyata keçirilib

RƏYLƏR


Top news