Hacıqabulda restoranların birində ölüm hadisəsi qeydə alınıb

19:27 7 Yanvar 2016
20 Sosial
Ölkə mətbuatı
A- A+

Belə ki, restoranda olan Bakı şəhəri, Sahil qəsəbəsinin sakini, 34 yaşlı Rüfət Əliyar oğlu Əsədullayev qəfildən dünyasını dəyişib və onun yoldaşı əslən Cəlilabadın Uzuntəpə kəndindən olan, hazırda Sahil qəsəbəsində yaşayan, 40 yaşlı Xanmurad Rəşid oğlu Nüsrətovun vəziyyəti isə kəskin ağırlaşıb. Təcili tibbi yardım maşını ilə ölən şəxsin meyiti Şirvandakı morqa, vəziyyəti ağır olan xəstə isə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Həmin şəxslərin nədən, nə səbəbə öldüyü və ağır vəziyyətdə olduğu hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/haciqabulda-restoranlarin-birinde-olum-hadisesi-qeyde-alinib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR