Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Gəncədə çayxanada bıçaqlanma olub

Gəncədə çayxanada bıçaqlanma olub

Date: 7 January 2016 19:34

Gəncə şəhərində bıçaqlanma hadisəsi olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, Gəncə şəhər sakini, 1999-cu il təvəllüdlü Kazımov Cavid Ramil oğlu döş qəfəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Dərhal əməliyyat edilən yaralının vəziyyəti orta-ağır qiymətləndirilir. Məlumata görə, hadisə şəhəri Mahrasa Bağı  yaşayış massivində yerləşən çayxanada baş verib. Cinayətin kim tərəfindən törədildiyi hələ ki, məlum deyil.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.


Tags:  Gəncədə çayxanada bıçaqlanma olub

RƏYLƏR


Top news