Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Heroini daxili orqanında keçirmək istədi, ələ keçdi

Heroini daxili orqanında keçirmək istədi, ələ keçdi

Date: 7 January 2016 19:36

İran İslam Respublikasından Azərbaycana daxili orqanlarında külli miqdarda narkotik vasitə olan heroin keçirən şəxs tutulub. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, əməliyyatı Astara polisi həyata keçirib.

Astara rayon polis şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayonun Şahağacı kənd sakini, 33 yaşlı Ramil Ağaddin oğlu Qurbanov saxlanılıb.

Müstəntiq Samir Həsənovun ANSPRESS-ə verdiyi məlumata görə, Ramil İran İslam Respublikasından Hüseyn adlı şəxsdən 7 ədəd bükümdə 42,741 qram narkotik vasitə heroin alaraq udaraq Azərbaycan respublikası gömrük məntəqəsindən keçirib. Ondan daxili orqanında - mədəsində keçirdiyi 7 ədəd bükümdə heroin götürülərək qablaşdırılıb.

Hazırda istintaq Ramilin qara bazarda dəyəri 8 min manatdan artıq olan narkotik vasitə olan heroini kimin sifarişi ilə gətirdiyini araşdırır.

Barəsində rayon məhkəməsinin qərarı ilə 4 aylıq həbs qəti imkan tədbiri seçilən Ramil Qurbanov barəsində cm-nin müvafiq maddələri ilə iş başlayıb.İndi saxlanılan şəxsi mühakimə edildiyi maddələrə görə 8 ildən 12 həhs cəzası gözləyir.








Tags:  Heroini daxili orqanında keçirmək istədi ələ keçdi

RƏYLƏR


Top news