Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İnsan qoxusu verən səhləb çiçəkləri aşkar olunub

İnsan qoxusu verən səhləb çiçəkləri aşkar olunub

Date: 7 January 2016 19:38


Bakı, 7 yanvar, AZƏRTAC
Vaşınqton Universitetinin (ABŞ) alimləri insan bədəninin ətrinə bənzər qoxusunun köməyi ilə tozlanmaq üçün həşəratları cəlb edən səhləb çiçəyi təsvir ediblər. “Platanthera obtusata” çiçəyi ağcaqanad növlərindən birini belə cəlb edir. Alimlər tədqiqatın nəticələrini inteqrativ və müqayisəli biologiyaya dair ənənəvi konfransda təqdim ediblər.
AZƏRTAC “scientificrussia.ru” saytına istinadla xəbər verir ki, bioloqlar bu mexanizmi səhləb çiçəyinin ifraz etdiyi maddənin kimyəvi analizindən sonra təsdiq ediblər. Bunun üçün onlar səhləb çiçəyini hermetik torba ilə örtərək analiz üçün komponentlərini toplayıblar. Çiçəklər üçün ümumi olan xüsusiyyətlərlə bərabər, alimlər insan bədəni üçün səciyyəvi, insanın özünün zəif duya biləcəyi, lakin ağcaqanadları cəlb edən qoxu aşkar ediblər.
Bu bitki ABŞ ərazisindəki bataqlıqlarda yayılıb. Qansoran həşəratlar yaxşı tozlandırıcılar sayılmasa da, bu mühitdə seçim böyük deyil. Səhləb çiçəyi də tozlanması üçün “çarəsizlikdən” məhz bu həşəratları seçib.
Beləliklə, tozlandırıcı cəlb etmək üçün səhləb çiçəyinin istifadə etdiyi növbəti orijinal mexanizm təsvir olunub. Daha əvvəl nektarın, iylənmiş ətin qoxusundan, hətta dişi həşəratın forma və qoxusundan istifadə edən növlər təsvir edilib. Bundan başqa, yeni tədqiqat ağcaqanadları tələf etməkdən ötrü onlara təbii kimyəvi maddələrdən istifadə yolu ilə səmərəli tələ qurulması üçün faydalı ola bilər.

Tags:  İnsan qoxusu verən səhləb çiçəkləri aşkar olunub


RƏYLƏR


Top news