Boğaz ağrısından xilas olmanın yolu

Boğaz ağrısından xilas olmanın yolu
19:42 7 Yanvar 2016
142 Digər
Ölkə mətbuatı
A- A+

Tonzillit, yəni badamcıq iltihabı insanı həddən artıq dilxor edən bir narahatlıqdır. Daha çox uşaqlarda müşahidə edilən bu xəstəlik böyük yaşlı insanlarda da rast gəlinir.
 
Milli.Az lent.az-a istinadən bildirir ki, türkiyəli həkim İbrahim Saraçoğlunun badamcıq iltihabına yaxşı təsir edən reseptini təqdim edir.
 
Həkim ilk növbədə adaçayı və əmən-köməncinin boğaz ağrıları və badamcıq şişməsinə yaxşı təsir etdiyini deyib. O, müalicə kursu haqqında danışıb: "Bir stəkan qaynamış suyun içərisinə 1 paket adaçayı və 2 sap əmən-kömənci yarpağı atın. Bu çayın dəmlənməsi üçün 10 dəqiqə gözləyin. Çay dəmləndikdən sonra süzün. Badamcıq iltihabı yüngül olan insanlar gündə 3, pis halda olanlarsa 6-7 dəfə qarqara edə bilərlər. Müalicə kursu bir ay davam etməlidir".
 
Bundan başqa, xəstəlik müddətində hər gün 1 stəkan adaçayı içmək olar. Alternativ müalicə üsulları üçün isə həkimə müraciət etmək lazımdır.   

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health2/396035.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR