17 yaşlı oğlanı çayxanada bıçaqladılar

17 yaşlı oğlanı çayxanada bıçaqladılar
19:57 7 Yanvar 2016
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncə sakini ağır xəsarətlərlə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib.

Milli.Az xəbər verir ki, xəstəxanadan Kəpəz TV-yə (Region TV) verilən məlumata görə, şəhərin Mahrasa bağı massivində yaşayan 17 yaşlı Cavid Kazımova döş qəfəsinin sol hissəsinin daxilə keçən kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Əməliyyat edilən zərərçəkənin vəziyyəti ağırdır. Yaralı xəstəxanaya yaxınları tərəfindən çatdırılıb. Onların sözlərinə görə, hadisə şəhər ərazisində yerləşən çayxanalardan birində mübahisə zəminində baş verib.

Fakt araşdırılır. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/396061.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR