“Orta məktəblərdə diaspor dərsləri” layihəsi davam edir

“Orta məktəblərdə diaspor dərsləri” layihəsi davam edir
20:08 7 Yanvar 2016
58 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 yanvar, AZƏRTAC 
Diaspor Jurnalistləri Birliyinin (DJB) “Orta məktəblərdə diaspor dərsləri” layihəsi davam edir.
DJB-dən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində növbəti “Diaspor dərsi” Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki 106 nömrəli orta məktəbdə təşkil olunub.
Məktəbin direktoru Təranə Qasımova DJB-nin bu təşəbbüsünü yüksək qiymətləndirib, şagirdlərin diasporla bağlı maariflənməsində layihənin əhəmiyyətli rol oynayacağını söyləyib.
DJB-nin sədri Fuad Hüseynzadə bildirib ki, ilk dəfə Azərbaycanda məktəblilərə bu formatda “Diaspor dərsi” keçirilir və layihə könüllü icra olunur. Məqsəd şagirdlərin Azərbaycan diasporu barədə düşüncəsini inkişaf etdirməkdir.
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Əbülfəz Şeydabəyov Azərbaycan diasporunun inkişaf tarixi, məskunlaşma coğrafiyası haqqında məlumat verib.
Xatırladaq ki, layihə çərçivəsində Bakının Binəqədi, Yasamal, Səbail, Nəsimi, Nizami və Xətai rayonlarının bir sıra məktəblərinin yuxarı sinif şagirdlərinə “Diaspor dərsi” keçilib və bu dərslər digər rayonlarda da davam etdiriləcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Orta_mekteblerde_diaspor_dersleri_layihesi_davam_edir-916794

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR