Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

FİFA-nın baş katibinə qarşı iş açılıb

FİFA-nın baş katibinə qarşı iş açılıb

Date: 7 January 2016 20:12

Bakı. 7 yanvar. REPORT.AZ/ FİFA-nın Etika Komitəsinin Arbitraj Palatası 45 günlük baş katiblik vəzifəsindən uzaqlaşdırılmış Jerom Valke barəsində iş açıb. "Report"un məlumatına görə, bu barədə ali futbol qurumunun yaydığı açıqlamada bildirilib.
Arbitraj Palatasının hazırda apardığı iş haqda ətraflı məlumat verilməyib. Lakin İstintaq Palatasına rəhbərlik edən Kornel Borbeli J.Valkenin cəriməsinin 100 min İsveçrə frankı civarında olacağını şərh edib.
Qeyd edək ki, Jerom Valke səlahiyyətlərinin icrasından sentyabrda kənarlaşdırılıb. FİFA oktyabrın əvvəlində sonradan 45 gün müddətinə də uzadılmasının mümkünlüyü şərti ilə baş katibi tutduğu vəzifədən 90 gün uzaqlaşdırıb. J.Valke DÇ-2014-ə qeyri-leqal yolla bilet satışında əlinin olmasında ittiham edilir. 

Tags:  FİFA-nın baş katibinə qarşı açılıb

RƏYLƏR


Top news