Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 7 Yanvar

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 7 Yanvar
20:14 7 Yanvar 2016
317 Sosial
Ölkə mətbuatı
A- A+

GÜNÜN ŞƏRHİ
 
İran - Səudiyyə qarşıdurmasının diplomatik münasibətlərin pozulmasından o yana getməyəcəyini iddia etmək tələskənlik olardı. Türkiyə-Rusiya gərginliyindən sonra İran-Səudiyyə qarşıdurması da coğrafi məkanın ölkələrə nə qədər üstünlük verdiyini önə çıxardı. Moskvanın Ankaraya qarşı ilk sanksiyaları gündəmə gələn kimi həm Qərb, həm Rusiya mətbuatının “Türkiyə boğazları bağlaya bilərmi” müzakirəsinə başlamasını yada salmaq kifayətdir. Eyni səbəbdən də İranla Səudiyyə Ərəbistanı arasında gərginlik Hörmüz boğazının bağlanması məsələsini gündəmə gətirib. Bu boğazı bağlamaq Tehranın Ər-Riyada qarşı hər zaman istifadə edə biləcəyi güclü silahdır. Hörmüz boğazının bağlanması neftin qiymətinin artmasına təsir edə biləcək ən əhəmiyyətli faktorların başında gəlir. Lakin bu addımın İran üçün üstünlükləri olduğu kimi çətinlikləri də var. Hörmüz boğazının bağlanması həm də Yaxın Şərqdə bütün önəmli aktorların iştirakı ilə irimiqyaslı müharibənin başlanması deməkdir. Bu müharibə həm də İran və Səudiyyə Ərəbistanının deyil, həm də neftin ucuzlaşması tərəfdarları və əleyhdarlarının müharibəsi olacaq. Dünyada balans hələlik ucuzlaşma tərəfdarlarının lehinədir, o səbəbdən İran hələlik Hörmüz boğazı məsələsindən yalnız çəkindirici faktor kimi istifadə edir. 
 
Vüqar MƏSİMOĞLU


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227862

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR