Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Səs-küylü qətlin təfərrüatı: "Bacım oğlu yaşda oğlanla gəzirdi"

Səs-küylü qətlin təfərrüatı: "Bacım oğlu yaşda oğlanla gəzirdi"

Date: 7 January 2016 20:36

Keçən il dekabr ayında 21 yaşlı gəncin ölümü ilə nəticələnən davanın təfərruatları bəlli olub.

ANS PRESS-in məlumatına görə, hadisə dekabrın 14-nə keçən gecə Qaradağ rayonu Lökbatan qəsəbəsində qeydə alınıb.

Bacısı oğlu Zaur Novruzovu bıçaqladığı deyilən Vahid Novruzov ANS PRESS-ə açıqlamasında ittihamları rədd edir.

"Bacım Təranə Hüseynova yüngül həyat tərzi keçirirdi. Qəsəbədə bizi biabır etmişdi. Oğlundan bir neçə yaş böyük oğlanla yaşayırdı. Yaşına qadınlığına uyğun olmayan hərəkətlərlə məşğul idi. Spirtli içki içir, uşağı incidirdi. Uşaq mənim yanımda qalırdı. Onu çox istəyirdim və anadan yaramadığı üçün onu daim diqqətdə saxlayırdım”, - deyə Vahid Novruzov bildirib.

Vahid Novruzov hadisə baş verən gün həyətdə olduğunu bildirərək bacısıgildən səs gəldiyini və Zaurun bu məqsədlə evə getdiyini qeyd edib.



“O evə getdi. Orda bir qızla oğlan var idi. Sonra məndə onun dalınca getdim. Bacıma bizi niyə biabır etdiyini soruşdum. Mübahisə zamanı bacım qazanla mənə zərbə vurdu. Onu başa salmağa çalışdım. Anasının hərəkətlərindən təngə gələn Zaur bıçaqla öz ayağına zərbə vuraraq anasına “sən bunu istəyirdin” dedi. Zərbə şah damarına düşdüyündən uşaq keçindi. Mən onu dünyalar qədər sevirdim. Uşaq anasının badına getdi”, - deyə Zaurun dayısı bildirib.

Hadisədən sonra 11 gün saxlandığını və daha sonra buraxıldığını bildirən Vahid Novruzov istintaqın davam etdiyini bildirib.

Faktla bağlı Qaradağ rayon Prokurorluğunda cinayət işi başlanılıb.

Dekabrın 14-nə keçən gecə, saat 01:00 radələrində Qaradağ rayonu Lökbatan qəsəbəsində 1994-cü il təvəllüdlü Zaur Novruzovun dayısı Vahid Novruzov tərəfindən bıçaqlandığı barədə xəbər yayılmışdı.

Tags:  Səs-küylü qətlin təfərrüatı Bacım oğlu yaşda oğlanla gəzirdi


RƏYLƏR


Top news