Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

​Tokionun mərkəzindəki hotellərin birində yanğın baş verib, 1 nəfər ölüb

​Tokionun mərkəzindəki hotellərin birində yanğın baş verib, 1 nəfər ölüb

Yasamalda tikinti şirkətlərindən birində yanğın olub (18 Mart 2017 18:09)
Sankt-Peterburqda yanğın: 4 ölü (18 Mart 2017 08:05)
Sankt-Peterburqda yanğın: 4 ölü (18 Mart 2017 04:53)

Tarix: 7 Yanvar 2016 20:37

Bakı. 7 yanvar. REPORT.AZ/ Bu gün Tokionun mərkəzi rayonu Sindzükuda hotellərin birində yanğın baş verib.
Bu barədə "Report" TASS-a istinadən xəbər verir.
Məlumata görə, hadisə zamanı bir qadın həyatını itirib. Xilasedicilər onu yanan binadan çıxarsalar da, qadın xəstəxanada dünyasını dəyişib. Başqa xəsarət alanlar haqda məlumat verilmir.
Hadisə yerinə 30 yanğınsöndürən briqada cəlb edilib. Alovun qarşısı alınsa da, binanın birinci mərtəbəsinə ciddi ziyan dəyib. Beşmərtəbəli hotel turistlər arasında məşhur olan Kabukite məhəlləsində yerləşir. Burada bir çox kafelər, restoranlar və əyləncə mərkəzləri fəaliyyət göstərir. 

Teqlər:  Tokionun mərkəzindəki hotellərin birində yanğın baş verib nəfər ölüb



RƏYLƏR


Top xəbərlər