Molekulyar Biologiya və Biotexnologiya İnstitutunda magistratura təhsili üzrə imtahanlar başlanıb

Molekulyar Biologiya və Biotexnologiya İnstitutunda magistratura təhsili üzrə imtahanlar başlanıb
20:43 7 Yanvar 2016
42 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Molekulyar Biologiya və Biotexnologiya İnstitutunda magistratura təhsili üzrə qış imtahan sessiyası başlanıb.
Akademiyadan AZƏRTAC-a bildiriblər ki, AMEA rəyasət heyətinin qərarı ilə bu qurumda magistratura təhsilinin təşkili istiqamətində kompleks tədbirlər, müvafiq işlər həyata keçirilib. Ötən ilin fevralında AMEA-da ilk dəfə magistratura pilləsinə qəbul elan edilib, yeddi ixtisas üzrə ümumilikdə 19 nəfər magistraturaya qəbul olunub. Magistraturaya qəbulun aparılması yeni pilot layihəsi kimi həyata keçirilib.
AMEA-da magistratura təhsili alacaq 19 gəncdən Biologiya və Tibb Elmləri Bölməsini təmsil edən dörd nəfər molekulyar biologiya ixtisası üzrə hazırlığa başlayıb. Molekulyar Biologiya və Biotexnologiya İnstitutunda 2015-2016-cı tədris ilinin payız semestri uğurla yekunlaşıb və hazırda qış imtahan sessiyası başlanıb.
Yanvarın 7-də institutda fotosintezin molekulyar biologiyası ixtisas fənni üzrə ilk imtahan keçirilib. İmtahanda dörd magistr iştirak edib. Magistrlər iki saat ərzində beş sualı cavablandırıblar.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Molekulyar_Biologiya_ve_Biotexnologiya_Institutunda_magistratura_tehsili_uzre_imtahanlar_baslanib-916801

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR