Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Şəki teatrı builki mövsümdə dörd yeni tamaşa hazırlayacaq

Şəki teatrı builki mövsümdə dörd yeni tamaşa hazırlayacaq

Date: 7 January 2016 20:43


Şəki, 7 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq edilən repertuar planına əsasən, 2016-cı ildə Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında dörd yeni tamaşa hazırlanacaq.
Bu barədə AZƏRTAC-a teatrın baş rejissoru, Əməkdar İncəsənət Xadimi Mirbala Səlimli məlumat verib.
Rejissorun bildirdiyinə görə, repertuar planda nəzərdə tutulan ilk tamaşanın – Hüseyn Cavidin “Şeyda” dramının səhnələşdirilməsinə yanvarın ikinci yarısında başlanılacaq. Bundan əlavə, mövsüm ərzində Akif Kəngərlinin “Bəla” və türk dramaturqu Hidayət Sayının “Davul səsi” əsərləri səhnələşdiriləcək, həmçinin “Kəlilə və Dimnə” kitabındakı hekayələr əsasında yeni uşaq tamaşası hazırlanacaq.
Teatrda, eyni zamanda, bu ilin sentyabrında keçirilməsi nəzərdə tutulan İkinci Şəki Beynəlxalq teatr festivalına hazırlıq işləri də görüləcək.

Tags:  Şəki teatrı builki mövsümdə dörd yeni tamaşa hazırlayacaq


RƏYLƏR


Top news