Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dozanı artıq etdilər: biri o dünyalıq, digəri xəstəxanalıq oldu

Dozanı artıq etdilər: biri o dünyalıq, digəri xəstəxanalıq oldu

Date: 7 January 2016 20:57

Hacıqabulda narkotik vasitəni dozadan artıq qəbul edən şəxs ölüb.

APA-nın məlumatına görə, hadisə bu gün Hacıqabul rayonunun Nəvahı kəndində yerləşən restoranda qeydə alınıb.   

Bakı şəhər sakini, 34 yaşlı Rüfət Əliyar oğlu Əsədullayev qəfildən dünyasını dəyişib, Cəlilabad rayonunun Uzuntəpə kənd sakini, 40 yaşlı Xanmurad Rəşid oğlu Nüsrətov isə Şirvan şəhər Xəstəxanasına yerləşdirilib.  

Xəstənin əlamətlərinə görə narkotik vasitənin artıq doza qəbulundan vəziyyətinin ağırlaşdığı ehtimal edilir.

Faktla bağlı Hacıqabul polis şöbəsində araşdırma aparılır.

Milli.Az


Tags:  Dozanı etdilər biri dünyalıq digəri xəstəxanalıq oldu

RƏYLƏR


Top news