Messi, Maradona və Batistuta bir komandada (FOTO)

Messi, Maradona və Batistuta bir komandada (FOTO)
21:01 7 Yanvar 2016
48 İdman
Ölkə mətbuatı
A- A+

Argentina yığmasının tarixi ərzində ən güclü futbolçuların adları açıqlanıb. ANS PRESS-in məlumatına görə, Argentinanın Futbol Assosiyasası simvolik komanda tərtib edib.

Simvolik komandanın heyətini 6 məşqçi müəyyən edib. Məşqçilərin hamısı Messi , Maradona və Passarellaya səs verib. Digər oyunçulara isə məşqçilərin fikirləri fərqli olub.

Qapıçı: Ubaldo Filyol
Müdafiəçilər: Xavyer Zanetti, Roberto Perfumo, Daniel Pasarella, Alberto Еarantini
Yarımmüdafiəçilər: Miqel Anxel Brindizi, Diyeqo Maradona, Fernando Redondo,
Hücümçular: Lionel Messi , Qabriel Batustuta, Mario Kempes



Bir müddət öncə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2015-ci ilin yekunlarına əsasən, dünyanın ən yaxşı yarımmüdafiəçilərin reytinq siyahısını dərc edib.

“Barselona” klubunun hücumçusu Lionel Messi karyerası ərzində ilk dəfə ilin ən yaxşı yarımmüdafiəçisi seçilib.


Lionel Messi - hücümçu

Messi 165 xal yığaraq komanda yoldaşı Andreas İnyestanı qabaqlayıb. İnyesta 91 xal toplayıb. “Nyork Siti”nin italiyalı ulduzu Andrea Pirlo 51 xalla 3-cü pillədədir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=369129

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR