Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

“Bogema" Azərbaycan, Belarus və Ukrayna opera artistlərinin ifasında nümayiş etdiriləcək

“Bogema" Azərbaycan, Belarus və Ukrayna opera artistlərinin ifasında nümayiş etdiriləcək

Xocalı soyqırımına dair videoçarx AZAL-ın reyslərində nümayiş etdiriləcək (24 Fevral 2017 11:37)
"Qu gölü" baletinin tamaşası 8 Mart - Beynəlxalq qadınlar gününə həsr olunacaq (23 Fevral 2017 18:17)
Belarus paytaxtının növbəti qonağı Afaq Abbasova olacaq (20 Fevral 2017 16:32)

Tarix: 7 Yanvar 2016 21:02

Bakı. 7 yanvar. REPORT.AZ/ Yanvarın 16-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cakomo Puççininin “Boqema” operasının tamaşası keçiriləcək.
"Report" xəbər verir ki, bu barədə məlumatı Opera və Balet Teatrının mətbuat xidməti yayıb.
Tamaşada azərbaycanlı vokalçılarla yanaşı, onların Ukrayna və Belarusdan olan həmkarları da iştirak edəcək.
Operada Mimi rolunu Ukrayna Milli Operasının solisti, Ukraynanın xalq artisti Olqa Naqornaya, Marsel partiyasını Belarus Akademik Böyük Opera və Balet Teatrının solisti, Belarusun əməkdar artisti Vladimir Qromov, Rudolf partiyasını isə digər bir belaruslu vokalçı Eduard Martınyuk ifa edəcək.
Tamaşada Azərbaycanın opera artistləri xalq artisti Əli Əsgərov (Alsindor), əməkdar artistlər İnarə Babayeva (Müzetta) və Əkrəm Poladov (Kollen) təmsil edəcək
Tamaşanın dirijoru Azərbaycanın xalq artisti, professor Cavanşir Cəfərovdur.

Teqlər:  Bogema Azərbaycan Belarus Ukrayna opera artistlərinin ifasında nümayiş etdiriləcək



RƏYLƏR


Top xəbərlər