"Qarabağ" "Qalatasaray"ı qabaqladı

"Qarabağ" "Qalatasaray"ı qabaqladı
21:05 7 Yanvar 2016
27 İdman
Ölkə mətbuatı
A- A+

Dünyanın ən yaxşı klublarının siyahısı açıqlanıb. Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) tərtib etdiyi cədvəldə planetin ən yaxşı 203 komandası yer alıb.

Azərbaycan 2015-ci ilin yekunlarının əksini tapdığı siyahıda 3 klubla təmsil olunub. Ən yaxşı təmsilçimiz "Qarabağ"dır. Trend klubun saytına istinadən məlumat verir ki, komanda 142 xalla 77-ci yerdədir və bu pilləni İspaniya "Valensiya"sı ilə bölüşür.

"Qarabağ" bu göstərici ilə "Borussiya" (Mönhenqladbax, Almaniya), "İnter" (İtaliya), MOİK (Rusiya), "Styaua" (Rumıniya), "Benfika" (Portuqaliya), "Marsel" (Fransa) və "Santos" (Braziliya) kimi komandaları qabaqlayır. Türkiyə klublarından "Qalatasaray" və "Beşiktaş" da Ağdam təmsilçisindən aşağıda qərarlaşıb.

139,50 xalı olan "Qalatasaray" "Qarabağ"dan 5 pillə aşağıda - 82-ci yerdə qərarlaşıb. 132 xalı olan "Beşiktaş" isə 95-cidir.

Ümumiyyətlə, 203 ən yaxşı arasında 4 komanda ilə təmsil olunan Türkiyənin ən yuxarı mövqedə olan klubu "Fənərbağça" 39-cudur - 174,50.

"Qəbələ" 116 xalla 124-cü pilləyə şərik olan 5 klub sırasında qərarlaşıb. Bakı "İnter"i 92 xalla 192-ci yerə şərikdir.

Siyahıya İspaniya "Barselona"sı başçılıq edir - 379. İtaliya klubları "Yuventus" 286 xalla 2-ci, "Napoli" isə 268 xalla 3-cüdür.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/396066.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR