Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Ümumtəhsil müəssisələrini bu il bitirəcək şagirdlərin nəzərinə!

Ümumtəhsil müəssisələrini bu il bitirəcək şagirdlərin nəzərinə!

Məktəblərdə şagirdlərin tədqiqat aparması üçün imkanlar yaradılır (16 Fevral 2017 11:05)

Tarix: 7 Yanvar 2016 21:08


Bakı, 7 yanvar, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) müvafiq qərarı ilə təsdiqlənmiş “Ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsinin müvəqqəti qaydaları”nda dəyişiklik edilib. Belə ki, 2.5-ci bənddə fənlər üzrə düzgün cavabların sayı xarici dil/kimya sütununda “0-5” rəqəmləri “0-6” rəqəmləri ilə, “6-15” rəqəmləri “7-16” rəqəmləri ilə,“16-24” rəqəmləri “17-24” rəqəmləri ilə əvəz edilib.
TQDK-dan AZƏRTAC-a bildiriblər ki, tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında şagirdlərin fənlər üzrə düzgün cavablarının sayının 5 ballıq qiymət şkalasına (2,3,4,5) uyğunluğu barədə məlumatla Komissiyanın internet saytında tanış olmaq mümkündür.

Teqlər:  Ümumtəhsil müəssisələrini bu il bitirəcək şagirdlərin nəzərinə



RƏYLƏR


Top xəbərlər