Oğrular bu vasitə ilə avtomobilinizi qaçıra bilər - VİDEO

Oğrular bu vasitə ilə avtomobilinizi qaçıra bilər - VİDEO
21:17 7 Yanvar 2016
54 Digər
Ölkə mətbuatı
A- A+

Əgər siz avtomobilinizin qapısında qəpik görürsünüzsə, dərhal hərəkətə keçin. Bu avtomobil oğurluğunun bir növüdür. Bu ildən etibarən, diqqətlə avtomobillərinizin bütün qapılarını yoxlayın və daha sonra maşınınıza oturun. Çünki oğruların hal-hazırda yəqin ki heç birinizin eşitmədiyi yeni oğurluq üsulları var.

Milli.Az XəzərXəbər-ə istinadən bildirir ki,  artıq maşınların daha yaxşı siqnalizasiya sistemləriylə qorunması, oğruları da yeni üsullar fikirləşməyə məcbur edib. Maşın yarmağın yeni üsulu da məhz bu qəpiklərlə həyata keçirilir. Belə ki, maşına oturmamışdan əvvəl hər dörd qapısına diqqətlə baxaraq, fotoda göstərilən hissələrə qəpik yerləşdirilmədiyinə əmin olun. Əgər buna əhəmiyyət və ya fikir vermədən, sürüb gedərsinizsə, ilk əvvəl heç nə baş verməyəcək. Ən maraqlısı gecə baş verəcək. Siz evə gələndə..

Siz rahatlıqla evinizə gələcək və heç bir şeydən şübhə duymayacaqsınız. Çünki maşınınızı uzaqdan idarəetmə mexanizmiylə kilidlədiyinizə əminsiniz. Lakin, məhz bu qəpiklərin sayəsində qapılardan biri bağlanmır və nəticədə də oğrular asanlıqla qapıları açır.

Oğrular Hüseyin Süleymanovun avtomobilini qarət etmək üçün qeyri-adi üsulu seçiblər. Onlar avtomoilin arxa qapısının dəstəyinə qəpik qoymaqla bağlanmasına mane olublar. Ancaq maşının qapısını bağlayıb evə getmək istəyən sürücünün diqqəti oğurluğun qarşısını alıb.

Avtomobil ustaları bildirirlər ki, oğrular eyni üsul vasitəsi ilə əksər avtomobilin qapısını aça bilərlər. Sürücülərin bu tələyə düşməməsi üçün ustalar daha diqqətli olmağı məsləhət görür

Maşınlarınızı kilidləyəndə diqqətli olmağı unutmayın!
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/396068.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR