Finlandiyada şiddətli şaxta avtobus və qatarların hərəkətini iflic edib

Finlandiyada şiddətli şaxta avtobus və qatarların hərəkətini iflic edib
21:23 7 Yanvar 2016
26 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 yanvar, AZƏRTAC
Finlandiyada bu qış üçün rekord şaxtalar hökm sürür. Temperatur mənfi 40 dərəcədən də aşağı düşüb.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, ən şiddətli şaxtalar Laplandiyanın qərbində qeydə alınıb: -41 dərəcə. Sodankyul munisipalitetində termometr mənfi 39,4, İnaridə mənfi 39,1 dərəcəni göstərir.
Şiddətli şaxtalar nəqliyyatın hərəkətini iflic edib. Uzaq məsəfəli və şəhərətrafı qatarlar mənzil başına gecikmələrlə yetişir. Bəzi qatar reysləri isə ümumiyyətlə ləğv edilib. Metro qatarlarının da hərəkət cədvəli pozulub. Onlarla avtobus reysi ləğv olunub.
Sinoptiklər ölkə ərazisində şaxtalı hava şəraitinin bir neçə gün davam edəcəyini bildirirlər.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Finlandiyada_siddetli_saxta_avtobus_ve_qatarlarin_hereketini_iflic_edib-916806

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR