Millimizin yeni üzvü: "Azərbaycanda çempionat yoxdu" - FOTO

Millimizin yeni üzvü: "Azərbaycanda çempionat yoxdu" - FOTO
21:27 7 Yanvar 2016
49 İdman
Ölkə mətbuatı
A- A+

Milli.Az apasport.az-a istinadən bildirir ki, Anastasiya Metelskaya bu ildən ölkəmizin şərəfini qorumağa başlayacaq.
 
Ukraynanın əsas komandasında və çimərlik yığmasında çıxış edən 24 yaşlı idmançı artıq ölkəmizə gəlib.
 
ABU klubunun şərəfini qoruyan Metelskaya bildirib ki, Azərbaycan millisi gələn il baş tutacaq İslam Həmrəyliyi Oyunlarına ciddi hazırlaşdığından heyət gücləndirilir: "Azərbaycanda çempionat deyilən bir şey yoxdu. Orada əsas diqqət beynəlxalq turnirlərə verilir. Bakıda gələn il İslam Oyunları keçiriləcək. Onlar üçün bu ciddi yarışdı. Bura hazırlıq üçün ciddi maliyyə ayrılıb. Təbii ki, vətəndə oynamaq daha yaxşıdı. Amma necəsə yaşamaq lazımdı".
 
"Dnepryanka" klubundan gələn Anastasiya Azərbaycana pul qazanmaq üçün gəldiyini də gizlətməyib: "Xersonda həndbol oynamaqla pul qazana bilməzsən. İslam Oyunlarına qədər Azərbaycanda olacam. Sonrasına baxarıq. İndidən nəsə demək çətindi. Amma birmənalı şəkildə deyə bilərəm ki, Ukraynada həndbol oynamaq istəyim artıq yoxdu".
Milli.Az






Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/396070.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR