llahı çağırın ki, duanız qəbul olunsun

llahı çağırın ki, duanız qəbul olunsun
21:47 7 Yanvar 2016
52 Digər
Ölkə mətbuatı
A- A+

Hədisi nəql edən deyir: "İmam Sadiqə (ə) dedim: "Allah kitabında iki ayə vardır ki, o ikisini axtarıram, ancaq tapmıram". İmam (ə) soruşdu: "Bu iki ayə hansılardır?". 

Milli.Az deyerler.org-a istinadən bildirir ki, hədisi nəql edən deyir: "Allah Təala buyurur: "Məni çağırın ki, Mən də duanızı qəbul edim". ("Ğafir" 60). Biz Onu çağırırıq, ancaq O, yerinə yetirmir".
İmam (ə) buyurdu:
- Güman edirsən ki, Allah vədəsinə əməl etmir?
Dedim:
- Xeyr.
İmam (ə) buyurdu:
- Bəs niyə yerinə yetirmir?
Dedim:
- Bilmirəm.
Buyurdu:
- Ancaq mən səni agah edim. Hər kim Allahın ona verdiyi göstərişlərə əməl edər, Ona dua edərək çağırarsa, onu yerinə yetirər.
Dedim:
- Bəs dua etməyin yolu nədir?
Buyurdu:
- Allaha həmdlə başlayırsan və Allahın sənə verdiyi nemətləri dilinə gətirirsən. Ona şükür edirsən və ondan sonra Muhəmməd (s) və Ali-Muhəmmədə (ə) salavat göndərirsən və günahlarını yada salırsan, onları etiraf edirsən. Onlardan Allaha pənah aparırsan. Budur dua etməyin yolu.
Sonra İmam (ə) buyurdu:
- Bəs o biri ayə hansıdır?
Dedim:
- Allah Təala buyurur: "(Allah yolunda) sərf etdiyiniz hər bir şeyin əvəzini verər. O, ruzi verənlərin ən yaxşısıdır". ("Səba" 39). Mən infaq edirəm, ancaq əvəzini görmürəm.
İmam (ə) buyurdu:
- Güman edirsən ki, Allah vədəsinə əməl etmir?
Dedim:
- Xeyr.
Buyurdu:
- Bəs niyə onun əvəzini verməmişdir?
Dedim:
- Bilmirəm.
Buyurdu: "Əgər kimsə halal mal əldə edər və halal yolda infaq edər, elə bir dirhəm infaq etməz, məgər o halda ki, onun əvəzi ona verilər". 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/395987.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR