“Lümə”kitabı nə deməkdir?

“Lümə”kitabı nə deməkdir?
22:17 7 Yanvar 2016
31 Digər
Ölkə mətbuatı
A- A+

Milli.Az islam.az-a istinadən bildirir ki, "Lümə" dini təhsil prosesində mütləq oxunan kitabın qısaldılmış adıdır. Kitabın bütöv adı "əl-Lümət əl-Diməşqiyyə"dir. Fiqh mövzusunda qələmə alınmış bu əsərin müəllifi XIV əsrdə yaşamış məşhur cəfəri alimi, "birinci şəhid" (şəhidi-əvvəl) ləqəbi ilə tanınan Şəmsəddin Məhəmməd ibn Məkki Amilidir. Həcminin kiçik olmasıma baxmayaraq, kitab fıqhin bütün bölümlərini əhatə edir. Müəllif bu əsəri Diməşq zindanında həbsdə yatdığı zaman qələmə almışdır. Şəhidi-əvvəl məzhəbi mənsubiyyətinə görə təəssübkeş Misir və Şam hakimlərinin əmri ilə edam edilmişdir. "Lümə" kitabına XVI əsrdə yaşamış digər cəfəri alimi Zeynəddin Amili şərh yazmışdır. Bu alim də təəssübkeş qüvvələr tərəfindən şəhid edildiyi üçün "ikinci şəhid" (şəhidi-sani) kimi tanınır. Mədrəsələrdə uzun əsrlərdir ki, "Lümə" kitabını şərhi ilə birlikdə ilkin fiqh dərsliyi kimi tədris edirlər. "Lüməni çıxmaq", yəni bu kitabı oxuyub başa vurmaq fiqh elmi ilə ilkin tanışlıq əldə etmək mənasını verir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/395985.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR