Bakı "İnter"ini daha bir futbolçu tərk etdi

Bakı "İnter"ini daha bir futbolçu tərk etdi
22:32 7 Yanvar 2016
41 İdman
Ölkə mətbuatı
A- A+

"İnter"i daha bir futbolçu tərk edib. Fanat.az xəbər verir ki, Beynəlxalq Bankın müqavilə bağlamaqda maraqlı olmadığı, sadəcə sabiq prezident Georgi Nikolov sayəsində bu kluba "Xəzər Lənkəran"dan keçən Limam Seydi "İnter"lə Antalyaya getməyib.

Seneqal əsilli Fransa doğumlu hücumçu hazırda İsveçrədədi. O və 2011/12 mövsümündə Cənubi Azərbaycanın "Traktorsazi" klubunda oynamış braziliyalı hücumçu Rodriqo Tosi "Arau" klubunda baxışdadı. Onu da bildirək ki, bu klub ötən mövsüm İsveçrə Super Liqasını tərk edib. 1902-ci ildə yaradılmış bu klub İsveçrənin I divizionunda da 10 komanda arasında sonuncudu.

Qeyd edək ki, Limam Seydi "İnter"lə çıxdığı 7 Premyer Liqa oyununda 1 qola imza atmışdı. "İnter"in ondan əvvəl Abdulla Abatsiyev, Səlahət Ağayev, İvan Benites, Xuan Fransisko, Emilyano Vila, Styepan Polyak və Dieqo Martinslə yeni müqavilə bağlamayacağı dəqiqləşmişdi.(qaynar.info)

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-bak-quotnterquotini-daha-bir-futbolcu-trk-etdi-t46629.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR