Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Düşüncələri oxuya biləcəklər

Düşüncələri oxuya biləcəklər

Date: 7 January 2016 22:57

Yaponiyanın Kyuşu Texnologiya İnstitutundan professor Toşimasa Yamazakinin təkmilləşdirdiyi texnologiya, bir nəfərin danışmadan əvvəl beyin dalğaları vasitəsilə deyəcəklərini qabaqcadan anlamağı mümkün edir. Sputnik-in xəbərinə görə, hər yaşda olan insanlarla və cinsiyyətə fərq qoymadan işləyən Yamazaki, analoji beyin dalğaları yaradan kəlmə qruplarının danışıq olmadan anlaşıla bildiyinə dair nəticə əldə edib. Beynin nitqi tənzimləyən ön yarımkürəsindəki elektrik fəaliyyətlərindəki dəyişiklikləri ölçən Yamazaki, kəlmələr sözlə ifadə edilmədən əvvəl və sonra beyin fəaliyyətini tutuşdurub.

MilliAz sputnik.az-a istinadən bildirir ki, nəticədə insanın danışmazdən əvvəl beyninin fəaliyyətindən, onun deyəcəyi kəlmələrin qabaqcadan başa düşülə biləcəyi müəyyən edilib. Yamazaki və onun tədqiqat qrupunun üzvləri daha çox qarışıq sözlərin və cümlələrin əvvəlcədən anlaşıla bilməsi məqsədilə öz fəaliyyətlərini genişləndirməyi hədəfə alıblar.

Yapon alimlərinin fikrincə, Yamazakinin həyata keçirdiyi təkmilləşmə nəticəsində insanların fikirlərini qabaqcadan oxumaq mümkün olacaq. Bundan əlavə, insanlar hələ fikirlərini sözlə başa salmağı öyrənməmiş azyaşlı körpələrin də nə demək istədiklərini başa düşməyə kömək edəcək.
Milli.Az


Tags:  Düşüncələri oxuya biləcəklər

RƏYLƏR


Top news