Xanım jurnalist pərəstişkarı tərəfindən döyüldü - foto

Xanım jurnalist pərəstişkarı tərəfindən döyüldü - foto
23:01 7 Yanvar 2016
156 Şou
Ölkə mətbuatı
A- A+

Rusiyanın “Rossiya 1” telekanalının əməkdaşı Yuliya Bondaryeva keçmiş tanışı Denis F. tərəfindən vəhşicəsinə döyülüb.

Axşam.az modern.az-a istinadən xəbər verir ki, hadisə Yessentuki şəhərində baş verib. Məlumata görə dəfələrlə jurnalist xanıma elçi düşən 38 yaşlı Denis onun Moskvaya geri qayıtmasını eşidən zaman ona hücum edib və ağır xəsarətlər yetirib.

Xəstəxanaya yerləşdirilən Yuliya Bondaryeva üz sümüklərinin sınığı xəsarətləri ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. O

nun plastik əməliyyatlar keçirməyə ehtiyacı olduğu bildirilir. Cinayəti törədən Denis F. artıq polis tərəfindən yaxalanıb.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43822

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR