Azərbaycan, Belarus, Ukrayna operaçıları birlikdə tamaşa göstərəcək

Azərbaycan, Belarus, Ukrayna operaçıları birlikdə tamaşa göstərəcək
23:06 7 Yanvar 2016
20 Şou
Ölkə mətbuatı
A- A+

Yanvarın 16-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cakomo Puççininin “Boqema” operasının tamaşası keçiriləcək.

Axşam.az xəbər verir ki, bu barədə məlumatı Opera və Balet Teatrının mətbuat xidməti yayıb. Tamaşada azərbaycanlı vokalçılarla yanaşı, onların Ukrayna və Belarusdan olan həmkarları da iştirak edəcək. Operada Mimi rolunu Ukrayna Milli Operasının solisti, Ukraynanın xalq artisti Olqa Naqornaya, Marsel partiyasını Belarus Akademik Böyük Opera və Balet Teatrının solisti, Belarusun əməkdar artisti Vladimir Qromov, Rudolf partiyasını isə digər bir belaruslu vokalçı Eduard Martınyuk ifa edəcək.

Tamaşada Azərbaycanın opera artistləri xalq artisti Əli Əsgərov (Alsindor), əməkdar artistlər İnarə Babayeva (Müzetta) və Əkrəm Poladov (Kollen) təmsil edəcək Tamaşanın dirijoru Azərbaycanın xalq artisti, professor Cavanşir Cəfərovdur.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43823

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR