Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Günay CBC-də işə başladı

Günay CBC-də işə başladı

Date: 7 January 2016 23:26

Teleaparıcı Günay Yelmarqızı CBC telekanalında fəaliyyətə başlayıb.

Axşam.az-a açıqlama verən aparıcı təklifin ona kanal rəhbərliyi tərəfindən edildiyini bildirib:

“CBC rus, ingilis, fars və erməni dillərində beynəlxalq yayım həyata keçirən kanaldır. Dekabrda Azərbaycan redaksiyası fəaliyyətə başladı. Məni də dəvət etdilər və məmnuniyyətlə təklifi qəbul etdim. Azərbaycan xəbərləri xidmətində redaktor-aparıcı vəzifəsində çalışıram. Hər gün saat 17:00-da Azərbaycan dilində xəbərlər proqramı efirə çıxır”.
 
G.Yelmarqızı Tovuzda fəaliyyət göstərən və sentyabrdan çalışdığı TTV-dən (Türkel TV) ayrılmasına belə aydınlıq gətirib:
 
“TTV Tovuzda fəaliyyət göstərir. Şəxsi həyatımla bağlı orada uzun müddət qala bilmədim. Çalışdım ki, bu müddət ərzində təcrübəmi bölüşüm, kanala öz töhfəmi verim. Mənə göstərdikləri etimada görə TTV rəhbərliyinə təşəkkürümü bildirirəm. Dostcasına ayrıldıq. Orada mənim çox dəyərli dostlarım çalışır. Hamısına minnətdaram”.

Nuranə ABBASOVA

Tags:  Günay CBC-də işə başladı


RƏYLƏR


Top news