Azərbaycan və ABŞ arasında yeni səhifə (VİDEO)

Azərbaycan və ABŞ arasında yeni səhifə (VİDEO)
23:36 7 Yanvar 2016
72 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Barak Obamanın Azərbaycan prezidenti İlham Əliyevə IV nüvə sammitində iştirak dəvəti göndərməsi iki ölkə münasibətlərində yeni səhifə aça bilər.

İndiyədək ABŞ-Azərbaycan əlaqələri siyasi, iqtisadi, təhlükəsizlik sahələrində əməkdaşlığa söykənib. Amma ayrı-ayrı vaxtlarda iki ölkə arasında münasibətlərdə fərqli vəziyyət hökm sürüb.

ABŞ-la bağların qırıldığı düşünüldüyü vaxtda Qərbin ya yüksəkçinli məmuru ölkəmizə səfər edib, ya da Antalyada liderlərin sammitində görüş bunun tam əksini göstərib. İndi də vəziyyət o qədər də asan deyil.

ABŞ konqresinin həmsədri Kristofer Smitin Azərbaycanda insan haqlarının vəziyyətilə bağlı layihə hazırlayıb. Bu sənəd Azərbaycanın rəsmi şəxslərinə qarşı sanksiyaları nəzərdə tutur.

Azərbaycan da buna qarşılıq verib. Milli Məclisin deputatı Rövşən Rzayevin ABŞ-la bağlı layihəsi parlamentin 3 komitəsində müzakirə olunacaq. Bütün bunların fonunda Obamanın əl uzatması münasibətləri düzəltmək üçün fürsət hesab edilir.

Millət vəkili Zahid Oruc hesab edir ki, Azərbaycan Qərblə əlaqələri sıfırlamaq niyyətində deyil. Əksinə daha da istiləşməsində maraqlıdır.

Obamanın dəvətini Azərbaycan dövlətinə verilən qiymət kimi dəyərləndirən millət vəkili Aydın Mirzəzadə qeyd edir ki, bununla ABŞ Azərbaycanı özünə müttəfiq görür:

“İkitərəfli görüşlərin keçirilməsi sammit çərçivəsində gözlənilir. ABŞ prezidenti Barak Obama ilə Azərbaycan prezidenti cənab İlham Əliyevin görüşlərinin olacağı mütləqdir. Bu görüşdə ikitərəfli münasibətlər, tərəfləri maraqlandıran məsələlər Ermənistanın Azərbaycana qarşı təcavüzünün davam etməsi, Yaxın Şərq məsələləri gündəlikdə duran məsələlərdir”.

Nüvə sammitində iştirakla Azərbaycan bir daha nüvə ölkəsi olmadığını, bölgədə və dünyada təhlükəsizliyin təminatına töhfə verə biləcəyini ortaya qoyacaq.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369159

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR