Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Allaha necə təvəkkül edək?

Allaha necə təvəkkül edək?

Date: 7 January 2016 23:47

Hər gördüyümüz işdə gərək Allaha təvəkkül edək. Elə təvəkkül edək ki, sanki bu aləmdə Ondan başqa heç kəs yoxdur - nə dost, nə qohum, nə də ailə. 
Milli.Az deyerler.org-a istinadən bildirir ki, çünki əgər bir qədər düşünsək, görərik ki, dostumuza, qohumumuza və ailəmizə yardım edən Allahdır, Ondan başqası deyildir. Ona görə ki, hər bir insan Allaha möhtacdır. (Tebyan)
Təvəkkül - mömin üçün İlahi zəmanətdir. Quran buyurur ki, haqq yolunu getməkdən qorxmayın və Allaha təvəkkül edin. Batil güclərdən qorxmayın, Allaha təvəkkül edin. "Allah bizi öz yollarımıza (dünya və axirət kamilliklərinə) hidayət etdiyi halda, biz nə üçün də Ona təvəkkül etməməliyik?! Şübhəsiz, bizə verdiyiniz əzab-əziyyətlərə səbir edəcəyik. Təvəkkül edənlər gərək yalnız Allaha təvəkkül etsinlər". ("İbrahim" 12).
"Allaha təvəkkül et ki, şübhəsiz, Allah təvəkkül edənləri sevir". ("Ali-İmran" 159).
Elə ki, əzm etdin və qərara aldın - Allaha etimad et və öz səyindən geri qalma. Allah Təala insanın əyləşib əlini əlinin üstünə qoymasını bəyənmir və onu məzəmmət edir. Buyurur ki, öz işini gör və Allaha təvəkkül et.
Allah Təala buyurur: "Möminlər gərək yalnız Allaha təvəkkül etsinlər". ("Maidə" 11).
İmanlı insan həmişə Allaha təvəkkül edər, yəni öz vəzifəsini düzgün şəkildə etməyə səy göstərər və nəticəsini Allaha həvalə edər."Kim Allaha təvəkkül etsə, O, ona kifayət edər". ("Təlaq" 3).
Hər kim Allaha etimad edər və gördüyü işin nəticəsini ona həvalə edər - Allah ona kifayət edər. Allah Öz əmrini yerinə yetirər və verdiyi sözdən heç bir zaman çəkinməz. Allah Təala buyurur ki, ey bəndəm, Mənə təvəkkül et. Əgər səni aldatmaq istəsələr, bil ki, sənin Allahın vardır. Ona görə də qorxma. Allah buyurur ki, Mənə etimad et və Mənə inan. "Əgər (sülh və barışıqda, yaxud başqa bir məsələdə)səni aldatmaq istəsələr, şübhəsiz sənə Allah kifayət edər. Səni Öz (qeyb) köməyi və möminlərin vasitəsilə qüvvətləndirən Odur". ("Ənfal" 62).
Münafiqlər və ikiüzlü insanlar ancaq zahiri görürlər və mənəvi amilləri görmürlər. Onlar özlərini daha aqil hesab edir və güman edirdilər ki, möminlər Bədr döyüşündə məğlib olacaqlar. Onlar deyirdilər ki, bu müsəlmanlar dinləri ilə qürurlanırlar və özlərini bilə-bilə oda atırlar. Düşmənin əlində bir tikə kimidirlər, dinləri onları aldatmışdır.
Ancaq Quran buyurur ki, bu münafiqlər bilmirdilər ki, müsəlmanların arxasında Allah vardır və İlahi güc necə onlara yardım etdi.
Ona görə də təvəkkül etmək - hər bir mömin üçün bir vəzifədir. Mömin gərək Allaha etimad etməyi bacarsın. O zaman Allahın onun əlindən necə tutduğunu hiss edəcəkdir.
Milli.Az


Tags:  Allaha təvəkkül edək


RƏYLƏR


Top news