​Taliblər sülh danışıqlarına razılıq veriblər

​Taliblər sülh danışıqlarına razılıq veriblər
00:27 8 Yanvar 2016
35 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 8 yanvar. REPORT.AZ/ "Taliban" terror hərəkatının bəzi qruplaşmaları Əfqanıstan və Pakistan nümayəndələrinin gələn həftədən başlatmaq istədikləri sülh prosesində iştirak etməyi planlaşdırırlar.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, eyni zamanda, taliblər hətta öz nümayəndələrini göndərsələr belə, bu bütün hərəkatın deyil, ayrı-ayrı qrupların mövqeyini əks etdirəcək.
Taliblərin komandirlərindən biri bəyan edib ki, hazırda danışıqlara hazırlıq gedir və görüşdə iştirak edəcək namizədlər seçilir.
Əfqan məmurlarının bildirdiyinə görə, görüşlərin qrafikinə taliblərin iştirakı daxil deyil, lakin onlar qrupların müəyyən mərhələdə danışıqlara qoşulma ehtimalını istisna etmirlər.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/talibler-abs-ve-cin-ile-sulh-danisiqlarina-raziliq-veribler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR