Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

ABŞ Kim Çen Inı "vurur" (VİDEO)

ABŞ Kim Çen Inı "vurur" (VİDEO)

Date: 8 January 2016 00:31

Hidrogen bombasını sınaqdan keçirməsindən sonra ABŞ Koreya Xalq Demokratik Respublikasına (KXDR) sanksiyalarını artıra bilər.

ANS PRESS-in məlumatına görə, ABŞ konqressinin Nümayəndələr palatasının respublikaçı liderləri artıq KXDR-ə qarşı sanksiyaları genişləndirmək planını müzakirə etməyə başlayıblar və bu planın gələn həftə səsverməyə çıxarılacağını bildiriblər. Sanksiyalar Pxenyanla əməkdaşlıq edən xarici şirkətlərə təsir edəcək.


Kim Çen In - Şimali Koreyanın dövlət başçısı


Qeyd edək ki, Koreya Xalq Demokratik Respublikası (KXDR) hidrogen bombasını sınaqdan keçirib. Sınağın uğurla keçdiyi barədə ölkənin mərkəzi televiziyası məlumat yayıb. Bəyanatı həmçinin Cənubi Koreya telekanalları da yayımlayıb.

Bununla yanaşı KXDR "məsul nüvə dövləti" olduğunu və yalnız ölkə üçün təhlükə olacağı təqdirdə kütləvi qırğın silahı tətbiq edəcəyini açıqlayıb. Bundan başqa, Pxenyan bəyan edib ki, nüvə texnologiyalarını hər hansı dövlətə vermək niyyətində deyil.

BMT Təhlükəsizlik Şurası da bu sınaqlara cavab olaraq Pxenyana qarşı müxtəlif sanksiyalar tətbiq edib.

Dekabrın 10-da KXDR lideri Kim Çen In ölkəsində hidrogen bombası olması barədə məlumat verib. KXDR lideri onu da vurğulayıb ki, ölkədə hərbi sənayenin fəal inkişafını davam etdirmək lazımdır.



Daha əvvəl ABŞ ölkənin əsas bankı KXDR Ticarət bankına qarşı sanksiyalar tətbiq edib. Sanksiya siyahısına həmçinin 2014-cü ildə ballistik raketlərdən istifadə edildiyinə görə KXDR ordusunun strateji raket qüvvələri daxil edilib. Sanksiyalar siyahısında 3 gəmiqayırma zavodu da var.

Sanksiya siyahısına əlavə edilmiş fiziki şəxslər arasında Şimali Koreyanın Xarici Ticarət Bankının Xabarovskdakı nümayəndəsi Kim Ken Nam və “Tanchon Commercial Bank”ın 5 əməkdaşı da var.

Tags:  ABŞ Kim Çen Inı vurur VİDEO


RƏYLƏR


Top news