"Xəzər Lənkəran" başlayır

"Xəzər Lənkəran" başlayır
00:41 8 Yanvar 2016
45 İdman
Ölkə mətbuatı
A- A+

Dövrələr arası fasilə müddətində “Xəzər Lənkəran” qış təlim məşq toplanışını vətəndə keçirəcək.

ANS PRESS-in məlumatına görə, komanda sabah Lənkərandakı bazasında bir araya gələrək toplanışa start verəcək və saat 16.00-da ilk məşqinə çıxacaq.

Yunis Hüseynovun rəhbərliyi altında yanvar ayının 13-nə qədər Lənkəranda hazırlaşacaq “Xəzər Lənkəran” daha sonra məşqlərini paytaxt Bakıda davam etdirəcək. Özünün bazasında məşqlərə başlayacaq komanda 5-günlük hazırlığın ardından paytaxta yollanacaq. Yanvarın 14-dən etibarən “Xəzər Lənkəran” qış toplantısını Bakıda davam etdirəcək. Yeni futbolçuların da heyətə cəlb olunması məhz paytaxtda keçəcək hazırlıqlar zamanına gözlənilir.


“Xəzər Lənkəran” klubunun keçən ilki heyəti

Qeyd edək ki, "Xəzər Lənkəran"ın kapitanı Rahid Əmirquliyev klubla yollarını ayıraraq bundan sonra "Qarabağ"ın uğurları üçün çalışacaq. Həmçinin klubun gələcək strateqiyasının və həmçinin yeni oyunçuların dəvət edilməsi məsələlərinə yaxın günlərdə aydınlıq gələcək. Çənubluların çempionata klubun yetirmələri olan gənc futbolçularla davam edəcəyi aydındır. Ola bilər ki, klub bir-neçə təcrübəli futbolçu transfer edib onlarla gənclərin vəhdətini yaratsın.




Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=369152

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR