"Qarabağ" Antalyada təlim-məşq toplanışını davam etdirir. Fanat.az xəbər verir ki, hazırlığın 2-ci günündə komanda bir məşqə çıxıb.
Ənənəvi olaraq səhər məşqinə yerli vaxtla saat 10.30-da çıxan komandanın hazırlığı 90 dəqiqə davam edib. İsinmə hərəkətlərinin ardından 4 qrupda kvadrat oynayan futbolçular ardınca məşqçilərin verdiyi başqa fiziki məşğələləri yerinə yetirib.
Fanat.az