2015-ci ildə Biləsuvarda geniş abadlıq-quruculuq işləri aparılıb

2015-ci ildə Biləsuvarda geniş abadlıq-quruculuq işləri aparılıb
01:18 8 Yanvar 2016
40 Digər
Ölkə mətbuatı
A- A+


Biləsuvar, 8 yanvar, AZƏRTAC
Ötən il Biləsuvarda həyata keçirilən geniş tikinti, abadlıq və quruculuq işləri rayonun simasını tamamilə dəyişib. Ölkədə gedən dinamik inkişaf rayonda infrastruktur layihələrinin həyata keçirilməsinə imkan yaradıb.
Biləsuvar şəhərində 2,1 hektar ərazidə müasir üslubda inşa edilən Heydər Əliyev Parkı, Heydər Əliyev Mərkəzi, rayon icra hakimiyyətinin inzibati binası, fontan kompleksi yeni tikililərdəndir.
Şəhərin Heydər Əliyev prospektinin yenidən qurulması layihəsinin davamı olaraq ötən il yolun asfalt örtüyünün eni 3 metr genişləndirilərək 12 metrə çatdırılıb. Yolun 1,4 kilometr hissəsi yenidən asfaltlanıb. Prospekt boyunca 2 metr enində piyada səkiləri salınıb, yeni işıqlandırma sistemi qurulub.
Şəhərin ümumi görkəminə xələl gətirən köhnə tikililər müasirləşdirilib, prospekt boyunca yeni hasarlar çəkilib, yaşıllıqlar salınıb.
Ölkə başçısının Sərəncamı ilə 120 çarpayılıq rayon mərkəzi xəstəxanası əsaslı təmir olunub. 450 şagird yerlik Aşağı Cürəli, 640 yerlik Xırmandalı məktəbləri üçün yeni binalar istifadəyə verilib.
Biləsuvar şəhərinin su-kanalizasiya sistemi yenidən qurulub. 13 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən, 16 kilometr uzunluğunda olan Günəşli-Əliabad avtomobil yolu istifadəyə verilib.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə iki uşaq bağçası və 13 məktəb binası tikilərək istifadəyə verilib, 6 məktəb isə əsaslı təmir olunub.
Hazırda rayonun Əsgərabad kəndindəki 480 yerlik tam orta məktəbin əsaslı təmiri davam etdirilir. Yola saldığımız ildə rayonun 23 kəndinin hamısı təbii qazla təmin edilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/2015_ci_ilde_Bilesuvarda_genis_abadliq_quruculuq_isleri_aparilib-916814

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR