​Azərbaycanda futbol klubunun ofisində yanğın baş verib

​Azərbaycanda futbol klubunun ofisində yanğın baş verib
02:02 8 Yanvar 2016
39 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 8 yanvar. REPORT.AZ/ Ötən gün axşam saatlarında İmişli rayonunda yanğın hadisəsi baş verib.
"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın futbol klubuna məxsus stadionun ərazisində ümumi sahəsi 240 kv.m olan ikimərtəbəli ofis binasında qeydə alınıb.
Hadisə nəticəsində binanın 1-ci mərtəbəsində yerləşən hamam otağının taxta üzlüyü 9 kv.m sahədə yanıb.
Ofis binasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/azerbaycanda-futbol-klubunun-ofisinde-yangin-bas-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR