Şagirdlərə milli qəhrəmanlarımızın şücaətləri haqqında məlumat verilib

Şagirdlərə milli qəhrəmanlarımızın şücaətləri haqqında məlumat verilib
02:38 8 Yanvar 2016
25 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 8 yanvar, AZƏRTAC
Nəsimi rayonundakı 8 nömrəli tam orta məktəbin təşəbbüsü əsasında yuxarı sinif şagirdləri ilə vətənpərvərlik mövzusunda görüş keçirilib.
Beynəlmiləlçi Əlil Döyüşçülər Fondundan AZƏRTAC-a bildiriblər ki, bir qrup müharibə veteranının iştirakı ilə keçirilən görüşə ictimai qurumların və veteran təşkilatlarının nümayəndələri, məktəbin müəllimləri və şagirdləri qatılıblar.
“20 Yanvar” Cəmiyyəti İctimai Birliyinin sədr müavini, müharibə veteranı Mustafa Əliyev görüşdə çıxış edərək Qanlı Yanvar hadisələrindən danışıb.
Fondun prezidenti Sərraf Orucov Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranması tarixi, ordu quruculuğu haqqında şagirdlərə məlumat verib. Qeyd edilib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa bir zamanda NATO standartlarına uyğun formalaşıb və Cənubi Qafqaz ölkələri arasında ən güclü orduya çevrilib. Silahlı Qüvvələrimizin maddı–texniki bazasının möhkəmləndirilməsi, əsgər və zabit heyətinin mənəvi–psixoloji durumunun yaxşılaşdırılması, döyüş əhval-ruhiyyəsinin yüksəldilməsi sahəsində ciddi işlər görülüb.
Tədbirdə çıxış edən digər müharibə veteranları Qarabağ müharibəsində milli qəhrəmanlarımızın göstərdikləri şücaətlərdən bəhs ediblər. Onlar işğal altındakı torpaqlarımızın tezliklə azad olunacağına inandıqlarını söyləyiblər.
Sonra şagirdlərin və müəllimlərin sualları cavablandırılıb.
Şagirdlər Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun göstərdiyi şücaətlər barədə qürurla danışıb, məktəblilərin hərbi hissələrdə əsgərlərlə daha çox görüşünün keçirilməsini arzulayıblar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sagirdlere_milli_qehremanlarimizin_sucaetleri_haqqinda_melumat_verilib-916816

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR