Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Məşhur prodüsser döyüldü (FOTO)

Məşhur prodüsser döyüldü (FOTO)

Date: 8 January 2016 03:31

Rusiyanın “Rossiya 1” telekanalının produsseri Yuliya Bondarevanın keçmiş tanışı Denis F. ilə görüşü ciddi zədələrlə nəticələnib.

ANS PRESS-in məlumatına görə, vəhşicəsinə döyülən qız hazırda ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Bacısı ilə Yessentuki şəhərin ezamiyətə gedən Yuliya burada tanışı Denisin evində qalıb. 38 yaşlı Denis əvvəllər bir neçə dəfə Yuliyaya evlənmək təklif etsədə yox cavabı alıb. Yanvarın 4-dən 5-nə keçən gecə qız təhlükəsizliy məqsədiylə evdən çıxıb.


Yuliya Bondareva

"Yuliya gedəcəyimiz barədə ona deyəndə, o yumruqlarla bacıma hücum etdi. Paltarını çırıb sifətinə təpik atmağa başladı. Mən ona mane olmağa çalışıb bacımı bayıra çıxartdım. Daha sonra təcili yardım və polis çağırdım",- deyə Oksana Bondareva bildirib.


Denis F

Xəstəxanaya yerləşdirilən Yuliyanın burnu sınıb və sifəti tanınmaz hala düşüb. Onu döyən Denis F. polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Tags:  Məşhur prodüsser döyüldü FOTO

RƏYLƏR


Top news