İŞİD-in rəsmi nümayəndəsi yaralandı

İŞİD-in rəsmi nümayəndəsi yaralandı
05:09 8 Yanvar 2016
34 Dünya
Ölkə mətbuatı
A- A+

İraq Hərbi-Hava Qüvvələrinin Anbar əyalətində endirdiyi zərbə nəticəsində İŞİD terror qruplaşmasının rəsmi nümayəndəsi hesab edilən komandirlərindən biri yaralanıb. APA-nın məlumatına görə, bu barədə “Röyters”ə İraq hərbçiləri bildiriblər.

 

“Barvana rayonuna endirilən zərbə nəticəsində İŞİD nümayəndəsi Əbu Məhəmməd əl Adnani adlı terrorçunun yaralanmasına dair məlumatlar təsdiqlənib”, deyə hərbçilərin açıqlamasında qeyd edilib.    

 

Qeyd edək ki, bundan əvvəl bəzi kriminoloq-ekspertlər Parisdəki terror aktlarının təşkilatçısının Abdülhəmid Abaud yox, məhz  Əbu Məhəmməd əl Adnaninin olduğunu qeyd ediblər.   

 

“Sunday Times”ın məlumatına görə, ABŞ-ın beynəlxalq terrorçuların siyahısına daxil edilmiş  Əbu Məhəmməd əl Adnani azı beş ölkədə - Fransa, Böyük Britaniya, Almaniya, İtaliya və Belçikada  terror qruplaşmalarının fəaliyyətində görə cavabdehdir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227887

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR