Təbriz və Məşhəddən Bakıya aviareys açıla bilər

Təbriz və Məşhəddən Bakıya aviareys açıla bilər
06:21 8 Yanvar 2016
22 Digər
Ölkə mətbuatı
A- A+

İran Təbriz-Bakı-Təbriz və Məşhəd-Bakı-Məşhəd aviareyslərinin İranın aviaşirkətləri tərəfindən yerinə yetirilməsi üçün Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasına müraciət göndərib.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski məlumat verib.

Onun sözlərinə görə İran adı çəkilən aviareyslərin İran aviaşirkətləri tərəfindən həyata keçirilməsi üçün göndərdiyi müraciətə Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən müsbət cavab verilib. Lakin İran tərəfindən bu aviareyslərin həyata keçirilməsi ilə bağlı vaxt və digər məsələlər barədə heç bir məlumat daxil olmayıb.

Həmçinin P.Kəsəmənski onu da bildirib ki, sözü gedən məsələ hazırda “Azərbaycan Hava Yolları” QSC-nin gündəliyində deyil.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=369171

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR