"Real"ın keçmiş futbolçusu direktor oldu

"Real"ın keçmiş futbolçusu direktor oldu
06:34 8 Yanvar 2016
21 İdman
Ölkə mətbuatı
A- A+

Bir zamanların məşhur futolçusu Klod Makalele bundan sonra klub rəsmisi kimi fəaliyyət göstərəcək. Apasport.az saytının Fransa mətbuatına istinadən o, “Monako”da vəzifə alacaq.

 

“Çelsi”, “Real” və PSJ kimi klublarda forma geyinmiş keçmiş dayaq yarımmüdafiəçisi “Monako”nun vitse-prezidenti Vadim Vasilyevə klubun idman işlərində yardım edəcək.

 

İdman direktoru kimi təsdiq olunduqdan sonra fikirlərini bölüşən bəstəboy futbol adamı yeni vəzifəsindən çox mənun olduğunu bildirib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227890

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR