Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rusiya XİN: Əsədin getməsi məsələsi Vyanada razılaşdırılmayıb

Rusiya XİN: Əsədin getməsi məsələsi Vyanada razılaşdırılmayıb

Date: 8 January 2016 06:54

 Rusiya prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, Rusiya XİN rəhbərinin müavini Mixail Boqdanov Bəşər Əsədin Suriya prezidenti postundan 2017-ci ilin martında getməsi ilə bağlı məsələ Vyanada Suriyaya dair keçirilən danışıqlar çərçivəsində razılaşdırılmayıb. Bu barədə APA “İnterfaks”a istinadən məlumat verir.    

 

“Bəlkə də ABŞ-ın bununla bağlı hansısa planları olub, lakin Vyanada bu məsələ razılaşdırılmayıb və razılaşdırıla bilməzdi”, deyə Boqdanov bildirib.     

 

Onun sözlərinə görə, Moskvanın prinsipial mövqeyi ondan ibarətdir ki, Suriyanın və ölkə rəhbərliyinin gələcəyini yalnız Suriya xalqı müəyyən edə bilər.   

 

Qeyd edək ki, bundan əvvəl ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi Bəşər Əsədin 2017-ci ildə istefasını nəzərdə tutan Suriya böhranının nizamlanmasına dair işçi sənədin əldə olunduğunu bildirib.   


Tags:  Rusiya XİN Əsədin getməsi məsələsi Vyanada razılaşdırılmayıb

RƏYLƏR


Top news