İŞİD-in rəsmi nümayəndəsi yaralanıb

İŞİD-in rəsmi nümayəndəsi yaralanıb
07:17 8 Yanvar 2016
22 Digər
Ölkə mətbuatı
A- A+

İraq Hərbi-Hava Qüvvələrinin Anbar əyalətində endirdiyi zərbə nəticəsində İŞİD terror qruplaşmasının rəsmi nümayəndəsi hesab edilən komandirlərindən biri yaralanıb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Röyters"ə İraq hərbçiləri bildiriblər.
 
"Barvana rayonuna endirilən zərbə nəticəsində İŞİD nümayəndəsi Əbu Məhəmməd əl Adnani adlı terrorçunun yaralanmasına dair məlumatlar təsdiqlənib", deyə hərbçilərin açıqlamasında qeyd edilib.    
 
Qeyd edək ki, bundan əvvəl bəzi kriminoloq-ekspertlər Parisdəki terror aktlarının təşkilatçısının Abdülhəmid Abaud yox, məhz  Əbu Məhəmməd əl Adnaninin olduğunu qeyd ediblər.   
 
"Sunday Times"ın məlumatına görə, ABŞ-ın beynəlxalq terrorçuların siyahısına daxil edilmiş  Əbu Məhəmməd əl Adnani azı beş ölkədə - Fransa, Böyük Britaniya, Almaniya, İtaliya və Belçikada  terror qruplaşmalarının fəaliyyətində görə cavabdehdir.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/396105.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR