Naxçıvanda maaşlar kartla verilir

Naxçıvanda maaşlar kartla verilir
07:32 8 Yanvar 2016
37 Digər
Ölkə mətbuatı
A- A+

Naxçıvan Muxtar Respublikasında nağdsız ödənişlərin iqtisadiyyatdakı çəkisini artırmaq üçün qəbul olunan və 2013-2015-ci illəri əhatə edən "Naxçıvan Muxtar Respublikasında elektron ödəniş məkanının formalaşdırılması və nağdsız hesablaşmaların həcminin artırılması üzrə Tədbirlər Planı"nın icrası başa çatdırılıb.
 
Milli.Az APA-ya istinadən bildirir ki, bunu Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsi açıqlayıb.
 
Tədbirlər Planının icrası nəticəsində ödəniş kartlarının sayında da kifayət qədər artım müşahidə olunub. 1 yanvar 2014-cü il tarixə ödəniş kartlarının sayı 183 min 72 ədəd olduğu halda, bu göstərici 1 dekabr 2015-ci il tarixə 38 min 333 ədəd artımla 221 min 405 ədədə çatıb. Hazırda bu göstərici muxtar respublika sakinlərinin hər iki nəfərdən birinin ödəniş kartı ilə təmin edildiyini deməyə əsas verir ki, bununla da, dövlət sektorunda əməkhaqlarının ödəniş kartları vasitəsilə nağdsız şəkildə ödənilməsi prosesi başa çatdırılıb.
 
Həyata keçirilmiş genişmiqyaslı tədbirlər nağdsız ödəniş həcminin artımına öz təsirini göstərib. Əgər 2014-cü ilin yanvar ayında muxtar respublika üzrə aparılmış nağdsız əməliyyatların həcmi 246 min manat təşkil edibsə, bu göstərici 2015-ci ilin noyabr ayında 2 milyon 146 min manat olub.  Ümumilikdə, tədbirlər planında nəzərdə tutulmuş müddət ərzində nağdsız ödəniş dövriyyəsi 29 milyon 152 min manata çatıb. 2014-cü ilin yanvar-dekabr aylarında muxtar respublika üzrə aparılmış nağdsız əməliyyatların 8 milyon 931 min manatı quraşdırılmış POS-terminallar vasitəsilə, 3 milyon 582 min manatı  isə internet və digər ödəniş sistemləri vasitəsilə həyata keçirilib. 2015-ci ilin yanvar-noyabr aylarında isə muxtar respublika üzrə aparılmış nağdsız əməliyyatların həcmi 16 milyon 639 min manat təşkil edib ki, bunun da 9 milyon 778 min manatı quraşdırılmış POS-terminalların, 6 milyon 861 min manatı isə internet və digər ödəniş vasitələrinin payına düşüb.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/396108.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR