Bakıda Mitsubishi piyadanı vurdu - FOTO

Bakıda Mitsubishi piyadanı vurdu - FOTO
07:42 8 Yanvar 2016
24 Digər
Ölkə mətbuatı
A- A+

Bakının Yasamal rayonunda yol nəqliyyat hadisəsi baş verib.
Milli.Az APA-ya istinadən bildirir ki, sürətlə hərəkətdə olan avtomobil piyadanı vurub. Hadisə rayonun Şərifzadə küçəsində qeydə alınıb. "Mitsubishi" markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub. Piyada 42 yaşlı Fərman Əsgərov təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Göstərilən tibbi yardımdan sonra onun həyatı üçün təhlükə aradan qaldırılıb. Hadisə yerində olan polis əməkdaşları müayinələr aparıblar. "Mitsubishi"nin  sürücüsünün ifadəsi alınıb. Faktla əlaqədar araşdırmalara başlanılıb.
Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/396117.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR