Sumqayıt və Gəncəyə yeni prokurorlar təyin edildi

Sumqayıt və Gəncəyə yeni prokurorlar təyin edildi
16:39 30 Dekabr 2014
234 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncə şəhər prokuroru vəzifəsinə Fazil Həsənəliyev təyinat alıb

Azərbaycan prokurorluq orqanlarında yeni təyinatlar olub.

 

APA-nın məlumatına görə, baş prokuror Zakir Qaralovun imzaladığı əmrlərlə Bakı şəhər prokurorunun müavini Fazil Həsənəliyev tutduğu vəzifədən azad edilərək Gəncə şəhər, Suraxanı rayon prokuroru Sərdar İmanov isə tutduğu vəzifədən azad edilərək Sumqayıt şəhər prokuroru vəzifələrinə təyin ediliblər.

 

Qeyd edək ki, bir müddət əvvəl Gəncə şəhər prokuroru Adil Vəliyev və Sumqayıt şəhər prokuroru Dağlar Zeynalov tutduqları vəzifədən azad olunublar.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189160

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR