​ABŞ İranın Yəməndəki səfirliyinə hücumla bağlı şərh verməkdən imtina edib

​ABŞ İranın Yəməndəki səfirliyinə hücumla bağlı şərh verməkdən imtina edib
07:47 8 Yanvar 2016
20 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 8 yanvar. REPORT.AZ/ Birləşmiş Ştatlar İranın Yəməndəki səfirliyinə hücumla bağlı şərh verməkdən imtina edib.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin nümayəndəsi Con Kirbi diplomatik nümayəndəlik binasına xaricdən zərər dəymədiyini bildirib.
Kirbi ərəb koalisiyası tərəfindən qadağan olunmuş kasset bombasının tətbiq edilməsini isə heç cür şərh etməyib.
Yanvarın 7-də İran Səudiyyə Ərəbistanını ölkənin Yəməndəki səfirliyinə aviazərbə endirməkdə ittiham edib. Məlumata görə, nəticədə diplomatik missiyanın bir neçə mühafizəçisi yaralanıb.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/abs-i-ranin-yemendeki-sefirliyine-hucumla-bagli-serh-vermekden-imtina-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR